Video
Video

Ağadadaş Ağayevin gəlini çətin vəziyyətdədir

Ağadadaş Ağayevin gəlini çətin vəziyyətdədir

Xalq artisti Ağadadaş Ağayevin gəlini Qutayis Ağayeva tiktok canlısında növbəti açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, o, hazırda çətin vəziyyətdə olduğunu və çarəsiz qaldığını söyləyib:

“Bakıya 7 il əvvəl gəldim, onlar məni gəlin kimi gətirdi. Düzdür, Bakı mənim üçün yaddır. Amma Bakıya qurban olaram, Vətənimdir. Deyə bilmirsiz ki, Qutayis yazıqdır, Bakıda yalnız qalıb çarəsidir? Onun qaynatası çox imkanlı və tanınmış adamdır, özü isə pis vəziyyətdədir, niyə demirsiz? Niyə qadının tərəfini saxlamırsız?

Niyə demirsiz ki, səni anlayırıq? Mənə düşmən olan qaynanama da “can” deyib qucaqlayıb ağlamışam. Bezmişəm bu platformadan. TikTok-u silmək istəmirəm, qızım var, işim yolunda getmədi, buradan pul qazanıram. Elə olub ki, jetonları pula çevirib, xəstələrə yardım etmişəm, öz cibimdə 40-50 manat pul olub. Xahiş edirəm qəlbimi sındırmayın”.

Qeyd edək ki, o, bir müddət əvvəl müğənninin oğlu ilə ayrıldığını açıqlamışdı.