Rəqqasə Fatimə Fətəliyeva müzakirə yaradacaq addım atıb.
OLAY yazır ki, o, iştirak etdiyi məclislərin birində rəqqasələrə 100 manat paylayıb, daha sonra əsginasları yerə səpib. O, həmin anları lentə aldıraraq instaqram hesabında paylaşıb.
“Allah məni kiməsə möhtac etməsin. Tək Allahıma möhtac olum”,- deyə Fatimə paylaşıma şərh verib. Onun bu addımı sosial şəbəkələrdə tənqidlə qarşılanıb. İstifadəçilər sözügedən posta rəy yazaraq milli valyutaya qarşı hörmətsizlik etdiyini bildirib.
Bildirək ki, Azərbaycan Konstitusiyasına görə, milli valyuta olan manat Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır və çıxarılır. Azərbaycan manatı da dövlətin mülkiyyətindədir və ona qarşı hər hansı bir qanundankənar hərəkət dövlət əmlakına zərər vurulması kimi başa düşülə bilər.
Lakin qanun buna görə hər hansı bir məsuliyyətin olmasını nəzərdə tutmur, Azərbaycan manatı Azərbaycanın himni, gerbi, bayrağı kimi dövlət rəmzlərinin sırasında deyil. Pull şəxsin mülkü hesab olunur.