Video
Video

Azərindən Türkiyədə Şuşa çıxışı - Video

Azərindən Türkiyədə Şuşa çıxışı - Video

Xalq artisti Azərin “Şarkılar bizi söyler” proqramında Şuşa haqqında çıxış edib.

OLAY yazır ki, sənətçi türk xalqlarını salamlayaraq, qırğız, kərkük, özbək dillərində ifalar səsləndirib.

Yerli repertuarlarımızdan isə “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “Ay Laçın”, “Qal sənə qurban” kimi mahnılar oxuyub.

Azərin verilişdə Qarabağ zəfərindən də söz açıb:

“İnşallah, türk cümhuriyyətlərinin hamısında birlikdə konsertlər verək. Çünki bizim adət-ənənəmiz, soy-kökümüz, dilimiz , dinimiz bir olduğu üçün birlikdə işlər görməliyik. Allah qismət etsin, Şuşaya gedəsiniz. Şükürlər olsun, Qarabağ işğaldan qurtuldu, 30 illik həsrət bitdi. Azərbaycanın müzəffər ordusu, Türkiyənin dəstəyi ilə Qarabağ zəfərini yaşadıq. Bundan sonrakı konsertlər Allahın izni ilə işğaldan qurtulan ərazilərdə olsun”.

Qeyd edək ki, ekran işinin aparıcıları Sibel Can, Hakan Altun və Hüsnü Şenlendiricidir.