Hazar Ergüçlü özündən 19 yaş böyük sevgilisi, rejissor Onur Ünlüdən ayrıldığını etiraf edib.
OLAY yazır ki, aktrisa bu barədə türk mediasına müsahibəsində danışıb:
“Bəli, Onurla ayrılmışıq. Xüsusi bir səbəbi yoxdur, amma 5 illik tükənmə yaşandı. Ancaq Onur hələ də mənim dostumdur, hər şeyimdir, ailəmdən biri kimidir”.
Qeyd edək ki, cütlük sosial mediada təzyiqlərə rəğmən heç bir reaksiya vermir, münasibətlərinə davam edirdilər.