Məşhur türk müğənni Sefo balaca pərəstişkarının vədini gerçəkləşdirib.
OLAY yazır ki, bu barədə reper instaqram hesabından paylaşım edib.
O bildirib ki, Tuana adlı fanatı məktəb başçısı olacağı təqdirdə, Sefonu uşaqlarla görüşdürəcəyinə söz verib. Və nəticədə o başçı seçilib. Sənətçi isə Tuanaya jest olaraq onun bu vədini gerçəkləşdirərək Bursaya üz tutub.
Görüntülər sosial şəbəkədə sürətlə yayılaraq izləyicilər tərəfindən maraqla qarşılanıb.