Türkiyənin məşhur musiqi qrupu “Manga” Azərbaycana gəlib.
OLAY yazır ki, onlar bu gün Bakı Konqres Mərkəzində səhnə alıblar.
Populyar mahnılarını səsləndirən qrupun səhnəsinə Əməkdar artist Sevda Ələkbərzadə də qonaq olub. “Manga”nın solisti Ferman Akgül “Səsinə, sənətinə heyran olduğumuz bir dostumuzu səhnəyə dəvət etmək istəyirik” deyərək Ələkbərzadəni təqdim edib.
Sənətçilər birgə mahnıları olan “Ulu Vətən”i səsləndiriblər.