Türkiyənin məşhur pop ulduzu İrem Derici yenidən Bakıda səhnə alıb.
OLAY yazır ki, sənətçi paytaxt məkanlarının birində konsert proqramı ilə sevənləri qarşısında çıxış edib.
Müğənni ifalarına başlamazdan öncə gecəyə xüsusi hazırlaşmasından və Azərbaycan xanımlarının gözəlliyindən bəhs edib.
“Çox gözəlsiniz, Allah nəzərlərdən qorusun”, - deyə, Derici bildirib.
Tədbirin aparıcısı isə Özge Ulusoy olub.