Meyxanaçı Ələkbər Yasamallının səhhətində problem yaranıb.
OLAY yazır ki, bu barədə Baku TV-yə söz ustadının anası Bacıqız xanım məlumat verib.
O bildirib ki, hazırda Almaniyada olan Ələkbər yaxın dostu və sənət yoldaşı Rəşad Dağlının bibisi oğlu İskəndər Mehtiyevi öldürməsi xəbərindən sonra xəstəxanaya yerləşdirilib:
“Ələkbərə kimsə deyib, çox pis vəziyyətdədir. Orada xəstəxanaya aparıblar, vəziyyəti pisdir. Heç öz övladımla danışa bilmirəm. Kimdən gözləsək də, Rəşaddan gözləməzdik. O, hamımız üçün əziz adam olub”.