İTV-də yayımlanan “Fatehin divanı” verilişinin yeni aparıcısı məlum olub.
OLAY yazır ki, proqramı bundan sonra Eldar Rəsulov təqdim edəcək.
Həmçinin, ekran işinin adı da “Şənbə axşamı” olaraq dəyişdirilib.
Bu gün yayıma gedən şounun ilk qonaqları isə dicey Fateh və Əməkdar artist Sevda Ələkbərzadə olub.
Xatırladaq ki, Eldar eyni kanalda efirə gedən “Dikdaban” layihəsinin yeni aparıcısı Azərin Rəsulovanın həyat yoldaşıdır.