TV proqram
TV proqram

ATV-dən sonra bu kanalda efirə çıxdı

ATV-dən sonra bu kanalda efirə çıxdı

ATV ilə yollarını ayıran aparıcı Elçin İmanovun yeni çalışacağı kanal bəlli olub.  

OLAY yazır ki, o, bu gün Səhiyyə TV-də efirində tamaşaçıları salamlayıb. Elçin həftə içi hər gün yayımı planlaşdırılan “Sağlam səhər” proqramının siması olub.

Qeyd edək ki, Elçin həmkarı Çinarə Əliyeva ilə çəkdiyi yumoristik videolarla məşhurdur. Cütlüyün qısa videorolikləri tez-tez TikTok platformasında trend olur.