ARB TV yeni mövsümə “Aclıq oyunları” adlanan uğurlu bir layihə ilə start verir.
OLAY yazır ki, Ehtiram Fərzəlibəyovun təqdimatında olan “Aclıq oyunları” realiti şousu bir-birindən fərqli buraxılışlar ilə yayımlanacaq. Müxtəlif məkanlarda baş tutacaq buraxılışlarda dünya mətbəxinin ləziz təamları Azərbaycan mətbəxinə uyğun tərzdə təqdim olunacaq. Belə ki, studiya şəraitində yemək bişirmək, vəhşi təbiətdə ərzaq tapıb yemək hazırlamaq, küçə yeməklərinin və s. hər birinin mükəmməl şəkildə təqdim olunması nəzərdə tutulur.
Verilişdə peşəkar aşpazlar master-klass keçəcəklər. İştrakçıların qatıldığı realiti şounun qalibi seçim əsasında aparılacaq. Sonda qalib 15 min manat pul mükafatı və Azərbaycan Milli Kulinariya Assosiasiyasının diplomu ilə təltif ediləcək.
Qeyd edək ki, “Aclıq oyunları” realiti şousu oktyabrın 7-sindən etibarən həftənin şənbə və bazar günləri saat 18:00-da efirə gedəcək.