TV proqram
TV proqram

Dilarə ARB-ə geri qayıtdı

Dilarə ARB-ə geri qayıtdı

Bir müddət əvvəl ARB TV ilə yollarını ayıran Əməkdar artist Dilarə Əliyeva yenidən işinə qayıdıb. 

OLAY-ın əldə etdiyi məlumata görə, aparıcı kanal rəhbərliyi ilə müzakirələrdən sonra TV-də qalmaq qərarına gəlib.  

O, növbəti həftələrdə də “Söhbət var” proqramı ilə tamaşaçı qarşısına çıxacaq.  

Bu razılıqdan sonra dünən D. Əliyeva və ARB TV mətbuata təkzib açıqlaması verib.  Onların sözlərinə görə, guya ayrılıq məlumatları iddiadır və həqiqəti əks etdirmir.  

Halbuki, D. Əliyeva bir neçə həftə bundan əvvəl qərarını verərək TV-dən getmək istəyini bildirmişdi.   O, hətta Xəzər TV ilə danışıqlara başlamışdı.