Xalq artisti Brilliant Dadaşova qohumu olan müğənni Nərmin Kərimbəyovanın ağır əməliyyatından danışıb.
OLAY yazır ki, müğənni bu barədə “Şourum” proqramına açıqlamasında deyib. Sənətçi qeyd edib ki, Nərminin atası da sözügedən xəstəlikdən əziyyət çəkir:
“Atası Malik Kərimbəyov Hepatit B xəstəliyindən əziyyət çəkib, anidən ürəyi dayandı. Biz həmişə problemlərimizi gizlədən biri olmuşuq. Nərmin gizlədə bilmədi”.
Qeyd edək ki, Nərmin qısa müddət əvvəl uzun illərdir Hepatit B xəstəliyindən əziyyət çəkən qardaşı Kamran Kərimbəyova donor olmuş, qaraciyərini böyük bir hissəsini ona vermişdi.