Aparıcı Lalə Azərtaş ötən günlərdə “Təsir dairəsi” verilişində səsləndirdiyi fikirlərin tənqidlə qarşılanmasına növbəti dəfə cavab verib.
OLAY yazır ki, bu barədə TV ulduzu instaqram hesabında məlumat yayıb:
“Nənələrin sözünü Lalə Azərtaşın sözü kimi insanlara çatdıranların diqqətinə! Lazım olan adamlar bunu lazımsız yerə müzakirə etdi, anlayanlar isə müzakirələrə təbəssüm etdi! İndi vicdanınız varsa, bunu belə paylaşın…
Və deyin… Lalə Azərtaş deyir ki, mənim qədər qadınları müdafiə edin, haqqını tapdanmağa qoymayın, hər gün neçə ananın göz yaşını silin, dağılmaqda olan ailələri xilas edin, insanlara əl uzadın, onların üzünü güldürün! Allah mənə vasitəçi kimi gözəl missiya verib! Nə vaxt nənələr yox, mən deyərəm, onda yazarsınız!
Yeri gəlmişkən, nənələr də, babalar da, analar da, atalar da nə deyibsə, düz deyib! Xanımlara, analara atəşli salam olsun, əllərindən öpürəm! Bəzilərinə isə salamla yanaşı bircə kəlmə demək istəyirəm - Allah günahlarınızı bağışlasın! Siz öz yolunuza davam, mən də öz yoluma!
Hə, varmı vicdan yazmağa, paylaşmağa?! Reytinq üçün dəyər çeynəyənlər, yemək yediyi qaba tüpürənlər, insan beynini zəhərləyənlər, bir də ən əsası məni görəndə üzümə gülümsəyənlər, yazın ki, bir ailə xilas olundu, dağılmadı və 2 uşaq atasız qalmadı…”.