TV proqram
TV proqram

“Onu rayonda maşından çılpaq atmışdılar”

“Onu rayonda maşından çılpaq atmışdılar”

“Bəzi yaşlı nəsil nümayəndələri cavanlara irad tuturlar, onları alçaqcasına ittiham edirlər. Bir həmkarım onların yaxşı cavabını vermişdi ki, bəxtin gətirib ki, o vaxt yutub, feysbuk olmayıb.  Yoxsa indi “vedrələr” əlindən gəzə bilməzdin. Elə insanların irad tutmağı gülüncdür. O vaxtlar dedi-qodular var idi. Kimi Moskvada kimin bacıları döymüşdü, digərini rayonda maşından çılpaq atmışdılar. Bunları çox az adam bilir”. 

OLAY yazır ki, bu sözləri Xalq artisti Faiq Ağayev “O kimdir?” proqramında danışıb. Məşhur müğənni şou-biznesdə gəzən dedi-qodulardan, həmkarları ilə münasibətindən, şəxsi həyatından danışıb. 

“Eyni sahədə olan insanlar arasında rəqabət var deyə təmiz dostluq olmur. TV əməkdaşlarının əksər dostları belə öz həmkarları deyil. Amma sənətdə mənə yaxın olan insanlar var. Misal üçün Aygün Kazımova. Yalan olmasın, sonuncu dəfə 17-18 il əvvəl sözümüz çəp gəlmişdi. Aygündə bir xasiyyət var ki, küsülü olduğumda mənə yaza, zəng edə bilər. Tezcə bağışlayıram”. 

Bundan əlavə, F. Ağayev Xalq artisti Polad Bülbüloğluna həsəd apardığını qeyd edib:

“Polad Bülbüloğluna həsəd aparıram. Çox şanlı həyat və sənət yolu var. Bir çoxları bilmir ki, Polad Bülbüloğlu ayaqüstdə qalxanda artıq Bülbül həyatda yox idi. Bəstəkarlıq və müğənnilik nümayiş etdirdi ki, sevildi”.