Aparıcı Zümrüd Bədəlova efirdə Vətən müharibəsi şəhidlərindən bəhs edərkən göz yaşlarına hakim ola bilməyib.
OLAY yazır ki, o, aparıcısı olduğu “Xəbər-ətər” proqramında ağlayaraq şəhid analarının qarşısında baş əyib:
“Hər kəs öz sahəsində əlindən gələni edir. Burada öz işimizi görüb, siz tamaşaçılarımızı əyləndirmək, xoş bir sabah yaşatmaq üçün çalışırıq. Amma bu o demək deyil ki, şəhidlərimizi unutmuşuq. Onların hər biri qəlbimizdə, ürəyimizdədir. Bütün şəhid analarının qarşısında baş əyirəm”.