TV proqram
TV proqram

Türkiyədə “Squid Game” kartları paylanır

Türkiyədə “Squid Game” kartları paylanır

Türkiyədə Şanlıurfa bələdiyyəsi “Squid Game” serialından ilhamlanaraq maraqlı addım atıb.  

OLAY yazır ki, bir neçə gündür “Netflix”in qısa müddətdə milyonlarla baxış toplayan serialdakı kartların bənzəri əhaliyə paylanır. Kartların arxa tərəfində “Problemin olsa, başqa yollar axtarma, bizə zəng et”,- sözləri yazılıb. 

Bələdiyyədən bildirilib ki, aksiyanın məqsədi gənclərin texnologiya kurslarına marağını artırmaqdır.