Bir vaxtların məşhur evlilik proqramı “Kismetse olur”un yenidən başlayacağı ilə bağlı iddialar səsləndirilib.
OLAY yazır ki, deyilənə görə, veriliş Acun Ilıcılanın sahibi olduğu “Exxen” onlayn platformasında yayımlanacaq.
Keçmiş iştirakçıların da dəvət olunacağı layihədə yeni simalar da olacaq.
Qeyd edək ki, “Kismetse olur” 2017-ci ildə ekrana gəlib. Bu layihədə qızlar evi və oğlan evi kimi bölmələr olub. Evlilik proqramlarının fərqli formatı olan veriliş yayımlandığı tarixdə reytinqlərdə birinci olub. İndi də videoları sosial şəbəkələrdə paylaşılır.