Ötən il yayımına xitam verilən Lider TV-nin binasının yeni görüntüsü yayılıb.
OLAY yazır ki, televiziyanın fotosunu sözügedən kanalın kemiş aparıcısı Zabir Əliyev feysbukda paylaşıb. O, posta 22 yaşlı Lider TV bu gün”,- şərhini yazıb.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider TV və Radio-Azərbaycan" MMC-nin lisenziyasına 12 iyun, 2020-ci ildə xitam verib.
MTRŞ-nin yaydığı məlumatda deyilir ki, lisenziyanın geri alınmasına səbəb qurumun müflisləşməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi 2019-cu ildə Lider TV-ni borca görə məhkəməyə vermiş və teleşirkətin müflis elan olunmasını istəmişdi.