WOW
WOW

“O videoma görə oğlum otağı dağıtdı”

“O videoma görə oğlum otağı dağıtdı”

Rəqqasə Fatimə Fətəliyeva ilə oğlu Hüseynlə açıqlama verib.

OLAY yazır ki, Fatimə “Gün ortası” verilişində qonaq olarkən övladı ilə bağlı danışıb.

“Bu yaxınlarda oğlum Hüseynlə xoşa gəlməyən hadisə oldu. Müğənni Elvin Babazadənin ad günündə o oxuyurdu, mən rəqs edirdim. Elvin məni fırlatdı və bu bütün sosial şəbəkələrdə paylaşıldı, xoş olmayan şərhlər yazıldı. Bu şərhlər övladıma pis təsir edir. Övladımın keçid yaşıdır,bu şərhlər onun psixologiyasında travma yaradır.Otağına girdim ki, bütün şəkillər, aksesuarlar sınıb. Ona söz verdim ki, artıq rəqs etməyəcəm. Ananız başıaşağı hərəkət etməyib. Yaşadığım ev, sürdüyüm maşın, hər şeyi zəhmətimlə, əziyyətimlə qazanmışam”, - deyə, Fatimə bildirib.