Oğlu Rəşid Kazımov mərhum Əməkdar artist Məhəbbət Kazımovla bağlı maraqlı açıqlamalar verib.
OLAY yazır ki, o, bu barədə "O üz" proqramında qonaq olarkən danışıb.
Rəşid deyib ki, sənətçi son dövrlər “Laçınım” mahnısını ifa edəndə səhhətində problem yaranırmış:
“Təzyiqi yüksəlirdi. Hətta həmin əsəri ifa etdiyi videolara baxın, üzü qızarırdı. Artıq tab gətirmirdi. Həkimləri deyirdi ki, “Laçınım” mahnısını oxumağa icazə verməyin. Çünki təsir göstərirdi. Bədəni zəifləyirdi”.