Türkiyənin məşhur kanallarından biri “Uçankuş” iflas edib.
OLAY yazır ki, hətta kanalın mal varlığı müsadirə olunub.
İddialara görə, TV rəhbəri Can Tanrıyar 6 aydır işçilərinə maaş verə bilmirmiş. Bu məsələyə sosial şəbəkələrdə “Petek Dinçözün ahi tutdu” kimi şərhlər yazılıb.
Qeyd edək ki, Peteklə Can illər əvvəl evli olub və qalmaqallı şəkildə boşanıb.