TV proqram
TV proqram

Efirə zəng edən tamaşaçı Fərda ilə dalaşdı - Video

Efirə zəng edən tamaşaçı Fərda ilə dalaşdı - Video

“Tarixin bir günü” verilişində qalmaqal yaşanıb.

OLAY yazır ki, proqramın canlı efirinə Türkiyədən zəng edən Faiq adlı şəxs aktyor Fərda Amin haqqında “Onu yaxşı “yontalayıb”, daha gözəl aktyor etmək mümkündür” fikirlərini səsləndirib.

Tamaşaçının bu sözlərindən əsəbləşən Fərdanın cavabı belə olub:

“25 ildir bu səhnədə olan birini tanımırsınız, siz kimsiniz? Üstəlik bu sahə üzrə təhsiliniz var. Bəs siz bilmirsiniz ki, efirdə Tolikə (verilişin aparıcısı Tarix Əliyev - red.) hörmət edirsinizsə, onun qonaqlarına da etməlisiniz. “Yontalamaq” nədir? Mən şəxsi nömrəmi də verə bilərəm, çıxanda danışarıq. Mənim “yontalanan” vaxtım keçib. Danışmazdan əvvəl internetə girib baxın ki, kimin haqqında danışırsınız. 25 ildən sonra siz deyən olmur. Mən tənqidə açığam, amma hər şeydən əvvəl şəxsiyyətəm, kişiyəm. Bizim də ailəmiz var, efirə baxır. İstənilən teatrlarımızda möhtəşəm tamaşalar var. Allah sənətçilərimizə rəhmət eləsin. Nə qədər ki, ölülərimizin ətəyindən yapışacaqsınız, dirilər əziyyət çəkəcək. Ali savadlı adamsınız. Nə qədər ölünü tərifləyərlər? Onlar bizim “Qızıl fond”umuz, tairiximizdir. Amma bu gün yaşayanlar var axı. Yaşayanları diri-diri öldürürsünüz. Ali savadlı olub çıxış etmək deyil ki... Həftəlik əyləncə proqramları insanların iş stresini azalmaq üçün hazırlanır. 1 həftəyə 6 səhnəcik hazırlayırlar. “Baxırıq” deyib, sonra “amma” ifadəsini işlətmirlər. “Amma”dan əvvəl işlənən fikirləri aparın atın zibil yeşiyinə. Mənim “stand-up”larıma baxmısınız? Adımı bilirsiniz? 25 ildir bu sahədə xidmət edirəm”.