TV proqram
TV proqram

Sevda bir il efirə çıxmamasının səbəbindən danışdı

Sevda bir il efirə çıxmamasının səbəbindən danışdı

Müğənni Sevda Sanaliyeva bir il fasilədən sonra efirə çıxıb.

OLAY yazır ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində efirə çıxmamasının səbəblərindən danışıb.

Sanaliyeva bildirib ki, buna səbəb qonaq olduğu verilişdə aparıcının ona şəxsi həyatı ilə bağlı verdiyi suallar olub:

“Bəli, bir ildir ki, mən efirdə yoxam. Bir sözdən küsüb, kənara çəkilən insanam. Mənim üçün nə efir, nə irrəliləyiş, nə də ki hansısa pilləyə qalmaq vacibdir. Mənim üçün əsas ailə dəyərləridir. Hansısa verilişə çıxanda çox düşünüb sonra çıxıram. O qədər söz verirlər ki... Deyirəm ki, elə şeylər var ki, bu çox özəldir və onlara toxunmaq olmaz. Uşaqlarım böyüyür. İstəmirəm onlar nədənsə incisinlər və qəlbləri pis olsun. Uşaqlar həssasdırlar, hər şeyi ürəklərinə salırlar və çox şeyi mənə demirlər. Onlar mənim xasiyyətimdədirlər. Məndə demirəm, ürəyimdə saxlayıram. Aparıcılar efirdə elə bir söz işlədirlər ki, çox qəlbimə toxunur və incidir məni. Bununla da çəkinirəm kənara. Sonuncu dəfə də belə oldu. Sevə-sevə bir verilişə çıxdım. Aparıcı mənə dəfələrlə söz verdi ki, özəl suallar olmayacaq. Onlar mənim həssas yerimi bilirlər. Verilişə gəldim, beş dəqiqə keçməmiş elə bir söz dedi ki, çox pis oldum. Durub, çıxıb getmək istəmədim. Çünki istəmədim onları pis vəziyyətdə qoyum. Qaldım o verilişdə. Və bundan sonra özümə söz verdim ki, verilişlərə çıxmayacağam. Beləcə bir il efirə çıxmadım”.