TV proqram
TV proqram

“Toylara getməyə can atmıram”

“Toylara getməyə can atmıram”

“Çox can atmaram ki, filan toya gedirəm. Qarşıda o qədər başqa tədbirlərim, toyum var ki, can atsam da, getmək istəsəm də belə gedə bilmirəm. O mənim günahım deyil. Biz xalqa məxsusuq. Sənin toyuna bu gün gələ bilmirəmsə deməli başqa adamın toyundayam. Mənim üçün nə fərqi - xalqım, millətimsiniz”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Nazpəri Dostləliyeva qonaq olduğu “Evdəkilərə salam” verilişində deyib.

Sənətçi bildirib ki, daha çox şəhid ailələrin tədbirlərində və məclislərində iştirak edir:

“Dəvət aldığım hər bir tədbirə gedirəm. Xüsusi ilə şəhid ailəlirin tədbirlərində görünürəm. Analarla daha çox görüşürəm. Həyat şəhid ailələri ilə bizi görüşməyə daha çox qismət etdi. Amma mən onların toylarında da, gözəl günlərində də iştirak edirəm. Deyirlər ki, elin bir başı şənlik bir başı isə şər olar. Biz sənət adamları sizin üçün yaşayırıq, yaradırıq, bacardığımız qədər sizin tədbirlərinizdə iştirak etməyə çalışırıq. Əgər vaxt tapa bilmiriksə bu bizim günahımız deyil”.