TV proqram
TV proqram

“Toyda xınayaxdının yeri yoxdur”

“Toyda xınayaxdının yeri yoxdur”

“Toyda xınayaxdının yeri yoxdur. Məni qınaya bilərsəniz, istəsəniz pomidor, xiyar da ata bilərsiniz”.

OLAY yazır ki, bu sözləri “Xəbər ertəsi” verilişində aparıcı Aytən Səfərova  deyib. O toylarda xınayaxdı mərasiminin edilməsinə irad bildirib:

“Amma insanlar toya sizin xoş gününüzə şərik olmağa gəlib. Özü də elə bir məqama salırlar ki, oynamaq istədiyin vaxta düşür. Xınayaxdıda bilinmir nə deyirlər, nə danışırlar. Toyun dinamikasını öldürür. Bizim adətimizlə xınayaxdını toya bir həftə qalmış edərlər. Bu adət olmalıdır, amma toyda yox”.