Aparıcı Afaq Gəncəli onun verilişində qonaq olan müğənnillərə sərt mesaj yollayıb.
OLAY yazır ki, bu haqda televiziya ulduzu aparıcısı olduğu “Afaqla 10lar” verilişində danışıb.
Afaq bildirib ki, onun verilişində qonaq olan müğənnilərin fikrinə müdaxilə etmir:
“Ötən verilişlərimizin birində mən əlimi yellətmişəm. Müğənnilərdən birinə mikrofonumuzu uzadıb müsahibə alanda müxbirimizə deyib ki, Afaq həmkarlarım barəmdə səsləndirdiyi fikirləri əl hərəkəti ilə təsdiqləyir. O belə onlara qıcıq gəlir. Verilişdə heç kimin fikrinə müdaxilə etmirəm. Bunu yadda saxlayın. Biz şəxsiyyətə toxunacaq qəbahət söz işlətmirik. Əgər bir müğənni həmkarının səsini tanımırsa, bu normal haldır. Sözünüz varsa gəlin bu kürsüdə əyləşin, söyləyin. Kadrarxası müxbirimizə “Həmkarım mənim səsimi tanımadı və Afaq əl hərəkəti ilə onun sözünü təsdiqlədi” deməyin”.