TV proqram
TV proqram

“Aramızda qadağalar yoxdur” - Sevda ərindən danışdı

“Aramızda qadağalar yoxdur” - Sevda ərindən danışdı

Müğənni Sevda Yahyayeva həyat yoldaşı həkim – genetik Zakir Bayramovdan söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb.

Sevda bildirib ki, əri ilə onun arasında qadağalar yoxdur:

“Hər bir şeydə həyat yoldaşım mənimlə, məndə onunla məsləhətləşirəm. Amma qadağalar yoxdur. Həyat yoldaşım bilir ki, mən öz çərçivələrimi bilirəm. Əlbətdəki o kənardan öz fikirlərini bildirir. Bizdə fikir qarşıdurması olmur. Bəzən olur ki, insan kənardan özünü görmür. Sonra görürəm ki, həyat yoldaşımın mənə dediyi bu fikir düzdür. Bir geyim geyinəndə əgər o geyim mənə yaraşırsa deyir ki, geyin. Yaraşmayanda da deyir ki, yaraşmır. Məndə çalışıram ki, mənə yaraşan geyimi geyinim”.

Qeyd edək ki, cütlüyün Ayla və Aida adında iki qız övladı var.