Əməkdar artist Gövhər Rzayeva açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, qarmon ustadı qonaq olduğu “Tarixin bir günü” verilişində bildirib ki, fəxri ada görə hər ay aldığı məvaciblə dolana bilmir.
“Mən “Əməkdar artist” fəxri ada görə hər ay 150 manat məvacib alıram. O pul isə mənə heç bir gündə bəs etmir. 55 ildir bu sənətdəyəm. Köhnə nəsil qarmon ifaçılarından birinci mən çıxmışam. Ehtiyacım var ki, deyim ki, heç olmasa mənə “Prezident təqaüdü” versinlər. Qocalanda heç kimə möhtac olmayım. Axı mənim sənətim var. Mən dolanmalıyam. Mənim yaşım var. Mənə bu təqaüdü verməlidirlər. Amma vermirlər. İndi mən buna görə dava etməyəcəyəm ki...”, - deyə G.Rzayeva vurğulayıb.