“Elə insanlar var ki, bizim mədəniyyəti satırlar. O ifaçılar şəxsi həyatlarını danışıb bu yolla özlərini gündəmə gətirdilər. İnsanlarda da maraq yaradır ki, bu ifaçı bu qədər şəxsi həyatından danışır, girim görüm bu nə oxuyur. Bax, bu ifaçılar belə populyarlaşdı. İndi onları efirlərdən yığıb-yığışdırmaq olmur. Adamın üzünə elə dururlar ki, bir söz belə deyə bilmirsən”.
OLAY yazır ki, bu sözləri efirlərdən itən müğənni Samir Cavadzadə “Afaqla 10lar” verilişinə müsahibəsində deyib. Sənətçi gənc həmkarlarını qalmaqal ilə özlərini piar etdiklərinə görə tənqid edib:
“Biz sırf sənətdən, musiqidən danışırıq. Onları tənqid də etsək, sırf oxuduğu musiqi janrlarından danışırıq. Amma onlar şəxsiyyətə keçib, təhqir edib, hər şeyi qalmaqala çevirirlər. O ifaçılar bizdən fərqli olaraq sənətdən danışmırlar. Çünki onların sənəti yoxdur. Ona görə də yalnız həyasızlığa salırlar. Bu yollara əl atırlar. Onlar əgər özlərinə bu qədər güvənirdilərsə, indi artıq çox verilişlərə gəlmirlər, artıq naz edirlər, reklamlarını sırf sosial şəbəkələrdə edərdilər də...”.