“Kızılcık şerbeti” serialından Pembe obrazını canlandıran Sibel Taşçıoğlunun çıxması müzakirə yaradıb.
OLAY yazır ki, etirazlardan sonra ekran işinin prodüseri Faruk Turgut açıqlama verib.
O bildirib ki, aktrisaya ssenari ilə bağlı məlumat 1 ay əvvəldən verilib:
“Bir ay öncədən ssenari məlum idi. Sibel xanıma da deyilmişdi. Son bir həftə qalmış məlumat vermək olar? Belə deyil. Özü də çox dost kimi ayrıldıq. Ümid edirik ki, başqa layihələrdə yenidən birgə çalışacağıq”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Pembenin ölərək layihəyə vida edəcəyi bəlli olub.