Həftələr əvvəl qəza keçdiyi səbəbi ilə “rinoplastika” əməliyyatı keçirən müğənni Sevinc Səfərova başına gələn hadisələrdən bəhs edib.
OLAY yazır ki, “Afaqla 10lar” verilişinə müsahibə verən sənətçi bildirib ki, bıçaq altına keçməsinə səbəb yıxılması olub.
“Biz də insanıq. Biz də yıxıla, qəzaya düşə bilərik. Hansısa ani bri hərəkətdən burun və sairə zədələnə bilər. Məndə də eynən bu şəkildə olmuşdu. Qığırdaq zədələnmişdi. Getdikcə daha çox fəsadlar verdi. Bu səbəbdən də istədim yerində müdaxilə edim. Düşündüm ki, əgər narkozu alıramsa birazda burnumun formasını dəyişim və daha gəşəng qız olum. Özümü bacım Sevilə oxşadıram”, - deyə Sevinc vurğulayıb.
Sevinc bildirib ki, onun bıçaq altına uzanması avtomobil qəzası ilə bağlığı yoxdur:
“Elə qələmə vermişdirlər ki, avtomobil qəzasına düşdüm və dərhal sonra burnumdan əməliyyat olundum. Xeyr! Burnumu əməliyyat etməyim mənim davamlı şəkildə yıxılmağımla əlaqədardı. Hər zaman yıxılıram, yeri gəlmişkən 14 fevral tarixində çox pis şəkildə yıxıldım. O yıxılmağım isə son oldu”.