TV proqram
TV proqram

“Gənclərin oxuduğu mahnıları anlamıram”

“Gənclərin oxuduğu mahnıları anlamıram”

“Mədə niyyətini güdməyək, mədəniyyəti də düşünək. Beynimizi yaxşı mahnılarla yükləyək. Bu mahnıları məclislərdə oxuyuram, gənclər də mənimlə birlikdə ifa edirlər. Onda deyirəm ki, bu mahnılar hələ ölməyib, yaşayır”. 

OLAY yazır ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Sənətçi bildirib ki, gənc həmkarlarının ifaları bir neçə ildən sonra yadda qalmayacaq, unudulub gedəcək: 

“Bugünkü mahnılar 10 ildən sonra heç kimin yadında qalmayacaq. Nəinki 10 il, heç 1 ildən sonra. İnsanlar yenə qayıdır peşəkarların mahnılarına. Bu gün gənclərin oxuduğu mahnılara qulaq asıram, anlamıram. Bu gün müğənnilər var, amma ifaları yadda qalmayacaq”.