TV proqram
TV proqram

Xoşqədəm həmkarlarını tənqid etdi

Xoşqədəm həmkarlarını tənqid etdi

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ictimai-sosial formatında verilişlər aparan həmkarlarını tənqid edib 

OLAY yazır ki, bu haqda Xoşqədəm aparıcısı olduğu “Səni axtarıram” verilişində danışıb.

“Sosial mövzuda olan verilişin hörmətinin düşməməsi, lağ obyektinə çevrilməməsi üçün əlimdən gələni edirəm. Sosial verilişə gələn insanlar gülüş obyekti olmasın deyə hər şey edirəm. Amma bəziləri onu qorumur. Əksinə özləri də bu cür verilişi gülüş obyektinə çevirənlərə dəstək olur.15 il əvvəl təməlini qoyduğum bu cür layihənin belə olmasını istəməzdim. Amma əlimdən heç nə gəlmir. Allah böyükdür. Necə böyük at, qılınc oynadanlar gördük” – deyə X.Hidayətqızı vurğulayıb.