TV proqram
TV proqram

AzTV-nin əməkdaşı vəfat etdi

AzTV-nin əməkdaşı vəfat etdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı 1978-ci il təvəllüdlü Səfərov Rəhman Namaz oğlu vəfat edib.

OLAY yazır ki, bu barədə AzTV məlumat yayıb. Bildirilib ki, kollektiv adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirlər.

Qeyd edək ki, Səfərov Rəhman 1998-ci ildən AzTV-də fəaliyyət göstərib. 27 illik əmək fəaliyyəti dövründə televiziyanın Təsərrüfat İşləri Departamentinin Dekorasiya qrupunda böyük usta vəzifəsində çalışıb.