Müğənni Türkan Vəlizadə aparıcı Elgiz Əkbəri tənqid edib.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.
Proqramın aparıcısı Zaur Nəbioğlunun “Elgiz Əkbərin bir videosunu gördüm. Orada deyirdi ki, “Mən Tükran Vəlizadədən çox digər xanım ifaçını bəyənirəm” sözlərinə Türkan belə cavab verib:
“Hər kəs məni sevməyə bilər. Zövqlər müxtəlifdir. Heç kimə deyə bilmərəm ki, məni sev. Yəqin bu da onun fikridir. Onun bu fikirlərinə hörmətlə yanaşıram. Təşəkkür edirəm, ola bilər... Mən bu məqamlara görə artıq insanların səmimiyyətinə inanmıram. Çünki məni görəndə üzümə gülürlər, qarşıma gələrək gözəl münasibət göstərirlər. Sonra isə arxada, yəni efir önünə keçən kimi müəyyən sözlər danışırlar. Heç kimin səmimiyyətinə inanmıram”.