TV proqram
TV proqram

“Şou-biznesdə yoxam, onlarla fikirlərimiz əksdir”

“Şou-biznesdə yoxam, onlarla fikirlərimiz əksdir”

“Mən şou-biznesdə o qədər də yoxam, lakin sizin və dostların sayəsində varam. Ora can atmıram. Bizim oradakı adamlarla düşüncələrimiz əks gəlir. Ora aid olan məclislərdə, toylarda 5 dəqiqə görünüb gedərəm. Uyğun gəlmirik. Bir masada danışanda fikirlərimiz əks gəlir. Əvvəl bir neçə sənətçidən bunu eşidəndə, elə reaksiya verirdim ki, vaxtında bura can atmısan, indi özünə sığışdırmırsan. Amma görürsən ki, məcbursan. Əvvəlki şou-biznes deyil”.

OLAY yazır ki, bu sözləri “Gün ortası” proqramında meyxanaçı Namiq Qaraçuxurlu deyib. O bildirib ki, şou-biznes adamları ilə fikirləri üst-üstə düşmür:

“Bir müğənni ətrafına şou-biznes haqqında yazan medianı yığır. Biri qorxudur, biri sevgi ilə, pulla başına yığır, dediklərini diktə edir. Gözümün qarşısında olub, sənətçi media nümayəndəsinə qışqırır ki, “Sənə dedim, belə yazma, elə yaz”. O da deyir “Baş üstə”.

Orada işləyə bilmərəm. Layihələrdə peşəkar jurnalistlərlə çalışıram. Konsertlərdə PR-mı edirlər. Gündəlik bir-birimizin evinə gedib-gələk, məclislərdə iştirak edək, mən onun evinin içindəkini orda-burda danışım, onlar mənimkini… O xarakteri qəbul edə bilmirəm. İnsan qeyri-səmimidirsə, onunla əməkdaşlıq edə bilmirəm.

İnsanlar bir-birinin evinə gedib-gəlirlər, ailələri haqqında artıq-əskik danışırlar. Efirə də çıxanda “can” deyirlər, “o mənim bacımdır”, “bu mənim qardaşımdır”. Şou-biznes artıq belə olub. Yalançı da olsa, qəbul etməlisən”.