Müğənni Aynur Dadaşova açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “Qonaqcanlı” verilişində qonaq olan sənətçi bildirib ki, işləri çox olsa da bundan zövq alır.
“Mən sənətə 12 yaşım olanda gəlmişəm. Artıq 35 ildir ki, bu sənətdəyəm. Mənim işim olmasa məhv olaram. Qocalaram... İşləməyə öyrəşmişəm. İşlərim çox olsa da belə onların arxasınca qaçıb yorulsam da bundan zövq alıram. Necə deyərlər, iş insanın cövhəridir”.
Qeyd edək ki, Aynur Dadaşovanın bir qız və bir oğlan övladı var.