TV proqram
TV proqram

“Yaxşılıq etdiklərimdən pislik görmüşəm”

“Yaxşılıq etdiklərimdən pislik görmüşəm”

“Bu həyatda çalışmaq lazımdır sadə və səmimi olasan. Əgər yolda biri yıxılırsa avtomobilimi saxlayıb gedib onu yoldan ayağa qaldıraram. Bu ayıblıq deyil. Nə olsun ki, mən Babək Niftəliyevəm və ya başqa biriyəm. Fərq etməz. Biz hamımız insanıq. Ən böyük rütbə insanlıq rütbəsidir. Fərqi yoxdur biz hansı səviyyədəyik. Biz insan olmalıyıq, insaniyyətimizi göstərməliyik”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Babek Niftəliyev “İncə səhər” verilişində deyib.

Sənətçi bildirib ki, yaxşılıq etdikləri insanlardan çox zaman pislik görüb:

“Çox zaman yaxşılıq etdiklərimdən pislik görmüşəm. Mənə deyirlər ki, sən niyə ona yaxşılıq etdin ki, o da qalxıb sənə pislik etdi. Cavab verirəm ki, ona Allah qarşısında o yaxşılığı etdim. Kimin necə bir ürəyi varsa Allah da öz övladlarının qabağına çıxartsın. Mənim ki xoş ürəyim var bu ürəyim də övladlarımın qabağına çıxsın”.