TV proqram
TV proqram

“Kürəkənim elçiliyə tək gəldi”

“Kürəkənim elçiliyə tək gəldi”

Əməkdar artist Fərqanə Qasımova qızı Mövlanənin nişanlısı ilə bağlı açıqlama verib.

OLAY yazır ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb.  Xanəndə deyib ki, Fərid ilk dəfə elçiliyə tək gəlib:

“Qohumçuluq ailə qurandan sonra başlayır, kimin mərd, kimin qoçaq olmağı onda görünür. Valideynlərindən əvvəl Fəridi tanıdım. O qədər səmimi, ürəyimə yatan övlad oldu ki, valideynləri ilə dərindən maraqlanmadım. Artıq ailəsinin tərbiyəsi göründü. Qızımı onun tərbiyəsinə vermişəm. Fərid atasından, anasından əvvəl bizə tək elçi gəlib”.