TV proqram
TV proqram

Vüsalə Xocalı soyqırımından danışıb ağladı

Vüsalə Xocalı soyqırımından danışıb ağladı

Aparıcı Vüsalə Əlizadə efirdə göz yaşlarına hakim olmayıb.

OLAY yazır ki, kövrək anlar Vüsalənin aparıcısı olduğu “İncə səhər” verilişində yaşanıb.

Belə ki, sözügedən proqramın bugünki buraxılışı Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunub.

Əlizadə Xocalıdan olan Fatma Həsən qızı Zamanovanın həmin qanlı və faciəvi hadisə ilə bağlı məktubunun bir hissəsini səsləndirərkən göz yaşlarını saxlaya bilməyib.