“Mən kiçik yaşlarımdan şəhərdə böyümüşəm. Necə geyinmişəmsə elə də geyinməkdə davam edirəm. Mənim öz zövqüm var”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.
Sənətçi cəmiyyətdə tez-tez müzakirə olunan geyim mövzusu ilə bağlı bu fikirləri səsləndirib:
“Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb. Misal üçün deyilməyib ki, bu nə geyimdir, bu niyə belə açıq-saçıqdır və ya bu bağlıdır. Bizim evimizdə müzakirə olunur ki, ikiüzlülük, yalan danışmaq, oğurluq etmək, ev yıxmaq, xəbərçilik etmək olmaz. Bizim ağlımıza gəlməyib ki, kiminsə geyiminə baxıb rişxənd edək. Çünki hər insanın öz daxili dünyası var”.