“Ailəm, valideynlərim, qızım məndən istəsə bu sənətdən gedərəm”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.
Sənətçi bildirib ki, ailəsi üçün sənətdən getməyə hazırdır:
“Sənətdən getməyə dəyəcək bir ailəm olarsa bu addımı ataram. Amma müəyyən bir zaman qismindən sonra. Artıq ailə məsələsində dilim, ağzım yanıb. Müəyyən bir zamandan sonra, etibarı qazandıqdan sonra görərəm ki, bu ailəm üçün sənətdən getməyə dəyər və bunu edərəm. Sübut - ən gözəlidir. Müəyyən zaman qarşı tərəfi tanıdıqdan sonra… Niyə də olmasın? Sənət gəldi, gedərdi… Bu sənət o qədər etibarsızdır ki… Evin içində bir həmdəmin olması çox böyük rol oynayır insanın həyatında”.
Qeyd edək ki, N.Şabanova iki dəfə ailə qurub və boşanıb.