TV proqram
TV proqram

“Avroviziyadan sonra ruhdan düşdüm”

“Avroviziyadan sonra ruhdan düşdüm”

“Avroviziyadan gələndən dayanmamışam. Günahı həmişə özümdə görmüşəm. Bayağı adlandırdığımız ifaçılar həftəyə bir mahnı çıxardırlar. Günahı özümdə görürəm ki, məhsuldar deyiləm”.

OLAY yazır ki, bu sözləri “Gün ortası” verilişində Avroviziya təmsilçimiz İlkin Dövlətov deyib. O bildirib ki, bu il üçün özünə məqsəd qoyub:

“Özümə məqsəd qoymuşam ki, il sonuna kimi 15 mahnı təqdim etməliyəm. Məhsuldar olanda insan sevilir, ruzi artır, gündəmdə olursan. Keyfiyyətli iş təqdim etmək lazımdır. Avroviziyadan sonrakı mərhələlərə baxıram, ifalarım insanlar tərəfindən çox sevildi. Bir ara ruhdan düşmüşdüm. Düşünürdüm ki, ancaq ucuz musiqilər trendə düşür. Lakin “Qal sənə qurban” ifam trendə düşdü. Bundan sonra anladım ki, insanlarımız keyfiyyətli musiqilərə acdılar”.