Əməkdar artist Rəhman Rəhmanov etirafı ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, aktyor qonaq olduğu “Elgizlə izlə” verilişində gənclik illərində ilk məhəbbətinin Əməkdar artist Firuzə İbadova olduğunu dilə gətirib.
R.Rəhmanov bildirib ki, F.İbadovanı uzun illər əvvəl tanıyıb və ona aşıq olub:
“16-17 yaşım var idi. Firuzə xanımgilə gedib gələ-gələ ona vuruldum. İlk məhəbbətim olub. Firuzə xanım çox gözəl qadındır. Onu hər dəfə görəndə yenidən vurulurdum. Mən istəyirdim, o, özü istəmədi. Dedi ki, bacım da Kukla Teatrında çalışır, sən də. Daha nə oldu? Dedi ki, Rəhman incimə, biz səninlə dost qalacağıq. Doğrudan da, 60 ilə yaxındır dostuq”.
Bu sözlərdən sonra aktyor müğənninin ünvanına şeir səsləndirib və onu ad günü münasibəti ilə təbrik edərək üzündən öpüb. Qarşı tərəfin bu diqqətinə görə İbadova təşəkkürünü bildirib.