Ötən gecə Londonda BAFTA-nın təqdimetmə mərasimində dünya ulduzu Selena Qomezin özünü qeyri-adekvat aparması diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, mükafatı təqdim etmək üçün səhnəyə çıxan sənətçi yerində səndələyib, üz ifadəsini dəyişib sonra isə bu nominasiyada qalibin adını vərəqdən oxuya bilməyib.
İctimaiyyət Qomezin bu davranışına dərhal reaksiya verib. Onlar Selenanın səhnəyə çıxmazdan əvvəl alkoqol və ya qeyri-qanuni maddələrdən sui-istifadə etdiyinə dair bəzi fərziyyələr səsləndiriblər.
Sosial şəbəkə əhlinin fikrincə, Qomezin BAFTA-dakı davranışı onun nişanlısı Benni Blankonun dəstəyinə baxmayaraq, qızın açıq-aşkar psixi problemlərinin olduğunu deməyə əsas verib.