“Saytlardan birindən zəng gəldi ki, Tünzalə ölüb. İnanmadım, zəng vurdum amma Tünzalə telefonu açmadı. Sonra öyrəndim ki, bu xəbər düzdür”.
OLAY yazır ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva mərhum “Toppuş bacı” ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevaya həsr olunan “Retro Bakı” verilişinə müsahibəsində deyib.
Sənətçi həmkarının öldüyü günü bu sözlərlə xatırlayıb:
“Həmin an səhnəyə çıxmalıydım. “Qırmızı papaq”da nənə obrazını oynayırdım. Yaxşı ki, maska taxmışdım. Ağlaya-ağlaya səhnəyə çıxdım. Tünzalə ölüb, mən səhnədə ağlaya-ağlaya oynayıram. Ürəyimdə deyirəm, necə arsız insanam, burada nə gəzirəm? Güclə oynadım. Rəhbərlikdən icazə alıb dərhal xəstəxanaya getdim”.
Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.