Mərhum aktyor Azər Baxşəliyevin atası Elxan Baxşəliyev oğlunun ölümündən söz açıb.
OLAY yazır ki, bu haqda Azərin valideyni “5 üz” verilişinə müsahibəsində danışıb.
E.Baxşəliyev yaşadığı övlad acısını bu sözlərlə ifadə edib:
“Valideyn balanın çiynində gedər son mənzilə. Amma atanın öz uşağını dəfn etməyini heç kimə arzulamaram. Hər şeyi alt-üst etdi. Balasını da doyunca oynada bilməd. Biz onun balası ilə yaşayırıq, nəfəs alırıq. Bizim üçün onu qoydu getdi. Fəxr edirəm ki, belə bir oğlum var idi. Azər kimi oğlum var idi, mən onunla fəxr edirəm”.
Qeyd edək ki, A.Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi. Aktyor, yanvarın ilk günlərində dünyasını dəyişib. Nigar adlı xanımla ailəli olan Azərin Züleyxa adlı bir qız övladı var.