TV proqram
TV proqram

Ramaldan boşanma iddialarına cavab

Ramaldan boşanma iddialarına cavab

Müğənni Ramal İsrafilov haqqında yayılan boşanma xəbərlərinə aydınlıq gətirib.

OLAY yazır ki, bu barədə o, “Günaydın, Azərbaycan” verilişində danışıb.

Belə ki, Ramal aparıcı Xoşqədəm Hidayətqızının “Evlənməyi düşünmürsən” sualını cavablandırıb:

“Evlənmişəm, bir övladım var. Sadəcə, yalan yazıldı. Bir az qardaşım Valehi, bir az da məni vurdular. Bilmədim söhbət haradan çıxdı. Anam dedi ki, fikir vermə. Xanımım xalam qızıdır. Qısqanclıq hər yerdə olur. gec gəlmələr ola bilər. Atam da yayılan yalan xəbərlərdən sonra şəkər oldu. Qardaşım Valehlə bağlı xəbər yayıldı, bibim Mələkxanım Eyubovanın adı hallandı”.

Qeyd edək ki, Sevda adlı xanımla ailəli olan Ramalın bir övladı var.