TV proqram
TV proqram

Tolik də Teymur Əmrahı tənqid etdi

Tolik də Teymur Əmrahı tənqid etdi

“Mən Teymur Əmrahı beş yaşımdan tanıyıram. O mənim anamla bir yerdə Qaraçuxurda musiqili məktəbdə çalışıb. Amma bu gün Teymur Əmrahın sözünüz dəyəri yoxdur. Pedaqoq kimi gözəl insansınız. Musiqi savadınız estrada janrında çox mükəmməldir. Flora Kərimovanın sənətinin davamçısısınız. Onun kişi variantısız. Səs diapazonunuz yüksəkdir. Amma Nadir Qafarzadənin sözündə böyük haqq var və mən ona böyük haqq verirəm. Orada söhbət nə Şəbnəm, nə Damla, nə də ki Manafdan getmir. Söhbət illər bundan əvvəl “mədənniyyətimizə ləkə vuran” deyərək efirlərdə bar-bağırdığınız zaman bu gün dünyanın ən böyük səsləri sizi anlamırlar. Bu da efirimizin ən böyük problemidir ki, 3-5 dənə musiqi terminləri öyrənib və çıxıb efirdə “Bu səslər soprano və sairə...” deməklə kiməsə şirin gəlirsiniz”.

OLAY yazır ki, bu sözləri Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Tarixin bir günü” verilişində deyib.

Tolik bir neçə gün əvvəl Əməkdar artist Teymur Əmrahın “Gün ortası” verilişində həmkarları Şəbnəm Tovuzlu, Manaf Ağayev, Zeynəb Həsəni və Damlanın ünvanına təriflər səsləndirməsinə etirazını bildirib:

“Dünən Şəbnəmlə danışdım. O bu söhbətlərdən çox narahat olub. Teymur bəy bu son 5 ildə sizin bir dənə də olsun tələbənizi görmədim. Ən son tələbələriniz Elton, Ayaz və sairə... Sizin sənətinizə böyük hörmətim var. Əgər siz 10 il əvvəl hədiyyə almısınızsa... Nadir demək istəyir ki, sənətkar satılmamalıdır. Bu gün kimsə deyə bilər ki, mərhum İlhamə Quliyeva kimdənsə hədiyyə alıb. Onun sözü keçərli idi. Onun sözünün üstünə heç kim söz qoya bilmirdi. Bu gün də onun yeri bəllidir. Sizdən xahiş edirəm illərlə saxladığınız sənətdəki hörmətinizi bu günləri bilmədən və sonradan demək ki, bilmədən bədahətən söylədim fikrimi. Siz Azər Zeynalovu kimlərlə müqaisə edə bilərsiniz? O Ulu Öndərin tapşırığı ilə İtalyada gedib dərs alıb. Aygün Bayramovanı kimlərlə müqayisə edə bilərsiniz? Ən azı o 20 dəfə “Leyli və Məcnun” tamaşasında “Leyli”ni canlandırıb. Bu gün hər yerindən duran deyir ki, mən muğam oxuyuram. Amma biri də olsun nə təsnif nə də ki qəzəl bilir. Düşünürlər ki, Soltan etalondur. Xeyr! Bu ölkədə etalon Xalq artisti Zeynəb Xanlarovadır, Flora Kərimova, Alim Qasımov, Arif Babayevdir. Demirəm ki, Teymur bu sözləri şəxsi maraqlana görə deyib. Şəbnəmin reklama ehtiyacı yoxdur. Amma siz belə söhbətlərinizlə insanları o müğənnilərin üzərinə aqressiyanı tökməyə vadar edirsiniz. Mən axı sizinlə oturmuşam. Siz o bəyənmədiyiniz o bayağı ifaçılarla duet oxumağa belə bəzən razı idiniz. Amma olmaz! Xahiş edirəm bu subordinasiyanı qoruyun”.